Məkkədəki faciənin səbəbkarı göstərildi - Kralın oğlu
25-09-2015, 21:55
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində 753 nəfər ölüb, 863 zəvvar isə xəsarət alıb
teref.aznun faktxəbər-ə istinadən məlumatına görə, ərəb mediası faciənin səbəbkarı kimi kral Salmanın oğlunu göstərir.
Belə ki, Məhəmməd bin Salmanın korteji keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. Elə bu zaman sıxlıq yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib.
Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nəticəsində baş vermişdi.