Tramp islam dini ilə ZARAFAT etdi: Həm də müsəlmanların qarşısında
20-08-2018, 11:16
ABŞ prezidenti Donald Tramp islam dini ilə zarafat edib.
Cebhe.info xəbər verir ki, prezidentin islam dini ilə bağlı sarkazm dolu ifadəsini İordaniya kralı 2-ci Abdulla ilə müzakirə zamanı dilə gətirdiyi deyilir. Artıq bir neçə mənbə prezidentin İsrail-Fələstin münaqişəsinin həllinə dair kralla müzakirəsində islamla bağlı bu ifadələri işlətdiyini təsdiqləyib.
“Axios” portalı həmin mənbələrə istinadən bildirir ki, İrodaniya kralı əksər fələstinlilərin İsraillə eyni dövlətdə və bərabər hüquqla yaşamaq istədiyini bildirib."Bunun da nəticəsində İsrail öz yəhudi xarakterini itirəcək",- deyə o vurğulayıb.
"Sizin dediklərinizdə həqiqət var. Ancaq müsəlman fələstinlilərin yəhudulərlə birləşməsi ssenarisi nəticəsində İsrailin baş nazirini bir neçə il sonra Məhəmməd adlandıracaqlar",- deyə Tramp kralın sözlərini zarafata salıb.