Leninə sui-qəsd cəhdi: Sirli ölüm gündəmdə...

21-08-2018, 09:29           
Leninə sui-qəsd cəhdi: Sirli ölüm gündəmdə...
SSRİ-nin qurucusu Vladimir Leninə 30 avqust 1918-ci ildə eser Fanni Kaplan tərəfindən edilən sui-qəsd cəhdi ilə bağlı cinayət işinin materiallarında sirli heç nə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Beynəlxalq və Müdafiə Sənayesi Şurasının üzvü Aleksandr Mixaylov deyib.

“Bu tarixi olayla bağlı heç bir sirr yoxdur. İstintaqda olan intriqanın səbəbini anlaya bilmirəm. Mən arxivi oxumuşam. Orada hər şey aydındır. Onu cinayət yerindəcə yaxalayıblar. Cinayət işi ilə bağlı təəccüblü nə isə yoxdur. Lenin bu dönəmdə çox həssas idi”, - deyə Mixaylov bildirib.

Qeyd edək ki, Yeltsin adına kitabxana Leninə sui-qəsd cəhdi əsasında hazırlanan istintaq materiallarının orijinalını sosial şəbəkələrdə yaymışdı.

Bundan sonra SSRİ qurucusunun ölümü ilə bağlı Rusiya dairələrində və istintaq orqanlarında müxtəlif şayiələr səsləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru