ABŞ strateji neft ehtiyatlarının 11 milyon barelini satışa çıxarır - Neft bazarında nələr olacaq?
21-08-2018, 18:40
ABŞ-ın Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatlarının 11 mln. barelinin satışa çıxarılması barədə qərarı təsdiqləyib.
"İnterfaks" xəbər verir ki, satışın oktyabrın 1-dən noyabrın 30-na qədər həyata keçirilməsi nəzərdə tutulub.
Nazirlik bəyan edib ki, əgər İrana qarşı sanksiyalara görə, neft bazarında təklif kəskin azalsa, ABŞ daha 30 mln. barrel nefti satışa çıxara bilər/Report.