Rusiyada hərbi eşelona hücum olub: ölən və yaralananlar var

28-08-2018, 07:50           
Rusiyada hərbi eşelona hücum olub: ölən və yaralananlar var
Naməlum şəxslər Rusiyanın Zabaykal diyarında hərbi eşelona hücum etməyə çalışıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şərq hərbi dairəsinin mətbuat xidməti bildirib.

Hadisə 27 avqust gecəsi “Petrovski Zavod” stansiyasında baş verib. Məlumata görə, hərbi qulluqçu postun sərhədini pozmağa və qaravula hücum etməyə çalışan naməlum qrupa qarşı silah tətbiq edib.

Onlardan biri vurulub, başqaları isə gizlənib.

“Naməlum şəxslər xəbərdarlıqlara və havaya xəbərdaredici atəşə reaksiya verməyiblər. Qarovulun nizamlı hərəkətləri nəticəsində hücum edənlərdən biri vuruldu, qalanları gizləndilər”, - xəbərdə deyilir.

Qeyd edilir ki, silahın tətbiqi Rusiyanın Silahlı qüvvələrinin qarnizon və qarovul xidmətinin nizamnaməsinin tələblərinə uyğun idi.

“RİA-Novosti” agentliyinə Petrovsk-Zabaykal rayonunun administrasiyasındakı mənbə bildirib ki, hadisə nəticəsində üç nəfər yaralanıb, biri ölüb. Agentliyin həmsöhbətinin məlumatına görə, yerli sakinlərlə hərbçilər arasında vağzal yaxınlığındakı kafedə münaqişə olub. Vətəndaşlardan biri soyuq silahla əsgərlərə hücum edib. Sonra yerli sakinlər atəş haqqında qarovulun xəbərdarlıqlarına məhəl qoymayaraq, hərbçilər arxasınca eşalona qaçıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru