Vladimir Putin aprelin 24-də Ermənistana gedəcək

20-04-2015, 15:55           
Vladimir Putin aprelin 24-də Ermənistana gedəcək
Rusiya prezidenti Vladimir Putin uydurma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlər iki ölkə arasında gündəmdə olan məsələləri, regional və beynəlxalq mövzuları müzakirə edəcəklər”, - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbir keçiriləcək. Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru