Deputat Vahid Əhmədov yüzminlərlə vətəndaşa düz məlumat vermir-Özəlləşdirmə Çekləri haqqında
25-10-2018, 00:00
Özəlləşdirmə Çeklərinin (4 çek-1pay) qiymətini Əmlak Komitəsi 2000 ABŞ dolları hesablayıb.
Millət Vəkili "Kimlərsə zamanında çeklərdən istifadə etməyibsə, bu onların öz günahıdır” deyir və çekləri əllərində qalanları günahlandırır.
Yeni Azərbaycan qəzetinin yazdığı kimi "İqtisadi "mülahizələrində” hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, "zorən iqtisadçı” vəzifəsini həyata keçirmək Vahid Əhmədovun "iqtisadi-siyasi” fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir.”
Tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov və hüquqşunaslar bu fikirdədir ki, bu günki Qanunlarla bütün Özəlləşdiriləcək Dövlət Əmlakının 65 faizi Özəlləşdirmə Çekləri (Payları) ilə vətəndaşlara məxsusdur.
Əmlak Məsələləri Dövlət Komitəsinin Özəlləşdirmə Çekləri dövriyyədən çıxıb deyə İnsanlara düzgün məlumat verməməsi bəs deyilmiş kimi Millət Vəkili Xalqın Qanunlarla verilmiş haqqını müdafiə etmək və Xalqın səsini yüksək tribunadan Deputat Zahid Oruc kimi hökumətə və Milli Məclisə çatdırıb çağrış etmək əvəzinə "Kimlərsə zamanında çeklərdən istifadə etməyibsə, bu onların öz günahıdır” deyir.
Vahid müəllim,Neçə illərdir Milli Məclisdə Qanunların qəbulunda aktiv iştirak edirsiz. Dövlətimiz tərəfindən və Ulu Öndər Heydər Əliyev tərəfindən 70 illik Dövlətdən miras-əmlak payı kimi Qanunlarla Dövlət öhdəliyi kimi Xalqa əvvəzsiz vəd olunmuş əmlak payları- Özəlləşdirmə Payları (Çekləri) AR-nın Dövlət Qiymətli Kağızları olaraq birincili yerləşdirilmişdir. Siz bir iqtisadçı kimi bunun nə demək olduğunu yəqin ki bilirsiz?! Bildiyiniz kimi Mülki Məcəllə 988.2. Emitent qiymətli kağızın mülkiyyətçisinə icranı hansı həcmdə həyata keçirmişdirsə, öz öhdəliyindən də həmin həcmdə azad edilir. Mülki Məcəllənin 1078-4.1; 1078-4.2; 1078-27 Maddələrini oxusanız yaxşı olardı.
Aşağıdakı Qanunların bəzilərinin qüvvədən düşməsinə baxmayaraq Dövlət öhdəliyi kimi Özəlləşdirmə Çekləri verilən zaman bu Qanular qüvvədə olduğundan bu gündə öz hüquqi irsini saxlayır.
8 ildir Sizin kimi iqtisadçı ekspertlər və hüquq ekspertləri cənab Prezidenti və Xalqı aldadır. Siz bir millət vəkili kimi Konstitusiyaya, Özəlləşdirmə haqqındakı Qanunlara əsaslanaraq deməlisiz ki, Dövlətin və Ulu Öndərin Qanunlarla öhdəlik kimi vəd etdiyi 70 illik miras-əmlak (65 faiz) əvəzi əvvəlcədən ödənilmədən satıla bilməz.
Bəzi Millət Vəkillərindən fərqli olaraq hüquqşünaslar xalqı hüquqi cəhətdən marifləndirməyə calışır. Lakin, Siz Xalqın haqqını yeyənlərə BƏRAƏT qazandırmaq üçün bütün kütləvi informasiya vaistələrinə düzgün olmayan məlumat verərək çekləri əlində qalan insanları günahlandırırsınız.
Əgər Millət Vəkillərinin başda gedənlərindən biri kimi insan hüquqlarını və Qanunlarımızı bilmirsizinizsə, yəqin ki, aşağıdakıları oxuyandan sonra çox şey öyrənərsiz.
Azərbaycan Respublikasının Normativ Hüquqii Aktlar haqqındakı Qanunda və Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki : Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir (Konstitusiya Məhkəməsi öz qərarlarında bildirdiyi kimi Qanunların vərəsəliyi də bura aiddir.) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq Qanunvericilik Orqanının yəni, Millət Vəkillərinin borcudur.
7 yanvar 1993-cü il tarixli, 445 nömrəli Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU : Maddə 19. İnvestisiya fondları
1. Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır.
29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ilə Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir.
Aşağıdakı hüquqi aktlar isə bu gündə qüvvədədir.
Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 450-saylıi FƏRMANI ilə təsdiqlənmiş Əsasnamə bənd 5. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.
16 may 2000-ci il tarixli, 878-IQ nömrəli Dövlət əmlakının özəlləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU: maddə10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi
Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyə vasitəsi — manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.
Yüzminlərlə vətəndaşı Özəlləşdirmə Payının (4 Çek) bu günə olan qiyməti narahat edir. Hamı bilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 dekabr 1997-ci il 222 nömrəli, bu gündə qüvvədə olan Əmrindən belə məlum olur ki, bir Özəlləşdirmə Payı hələ 1997-ci ildə ən azı 2000 ABŞ dolları hesablanıb və Qanunla Əmlak Payı kimi infliyasiyadan qorunur.
Hüquqi rəy: Konstitusiyanı, Konstitusiya Qanunlarını, Özəlləşdirmə haqqındakı Qanunları, Mülki Məcəlləni və Ulu Öndər Heydər Əliyevin 450 nömrəli Fərmanla təsdiqlədiyi Özəlləşdirmə Çekləri haqqındakı Əsasnaməni, bu günə qədər məlum olan Konstitusiya Məhkəməsinin Qərarlarındakı halları nəzərə alaraq, bir mənalı olaraq Dövlət tərəfindən İxtisaslaşdırılmış İnvestisya Fondları yaranmayana qədər Özəlləşdirmə Çekləri tədavül vasitəsi kimi istifadə olunmalıdır. Əgər, Özəlləşdirmə Çeklərinin tədavülü dayandırılırsa mütləq olaraq bu Fondlara yerləşdirilməli idi. Əks halda Özəlləşdirmə Qanunları ilə Dövlətimiz tərəfindən Tarixi-Siyasi-Sosial Ədalət prinsiplərinə əsaslanaraq bütün özəlləşdiriləcək Dövlət Əmlaklarının 65 faizi ekvivalentində öhdəlik vədi kimi əvvəzsiz olaraq verilmiş Özəlləşdirmə Çeklərinə- Birincili yerləşdirilmiş Dövlət Qiymətli Kağızlarına düşən Əmlak Payları əvəzi əvvəlcədən vətəndaşlara ödənilmədən satıla bilməz.
Bu məsələdə hüquq ekspertlərinin və Millət Vəkili Vahid Əhmədovun fikirlərini eşitməyə hazırıq.
yenizaman.az