Səbailə yeni icra başçısı təyin olundu – Prezidentdən sərəncam

30-10-2018, 16:17           
Səbailə yeni icra başçısı təyin olundu – Prezidentdən sərəncam
Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Avropa.info bildirir ki, sərəncama əsasən Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Vüqar Zeynalov icra başçısı təyin olunana qədər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.
Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, 2015-ci ilin 28 dekabr tarixindən etibarən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Ailəlidir, bir övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.