ƏLIYEVLƏ PAŞINYAN GÖRÜŞÜ BITDI, AMMA... - VIDEO

29-03-2019, 19:33           
ƏLIYEVLƏ PAŞINYAN GÖRÜŞÜ BITDI, AMMA... - VIDEO
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşə start verilib.

Axar.az xəbər verir ki, "Bristol" otelində keçirilən görüşdə iki ölkənin xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edir. Daha sonra iki ölkə liderinin təkbətək görüşü keçiriləcək.

Görüşün 2 saat davam edəcəyi təxmin edilir.

***

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də görüşlə bağlı Tvitter səhifəsində məlumat verib.

“Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir”, - H.Hacıyev qeyd edib.

***

Prezident İlham Əliyev və Nikol Paşinyan arasında təkbətək görüş başlayıb.

***

Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşü baş tutub. Təkbətək danışıqlar 1,5 saat davam edib.

Danışıqlara yenidən xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri qatılıblar.

Ümumilikdə liderlərin görüşü 2 saatdan çoxdur davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru