Prezident İlham Əliyev:“Ermənistanla danşıqların formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var”

30-03-2019, 00:00           
Prezident İlham Əliyev:“Ermənistanla danşıqların formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var”
“Ermənistanla danşıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var”.

Strateq.az bildirir ki, bu barədə Azərbaycan prezidenti Ermənistanın baş naziri Paşinyanla Vyanada keçirdiyi bu günkü görüş barədə Rusiyanın TASS Agentliyinə bildirib: “Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Mühüm olan odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır”-deyə prezident vurğulayıb.

Dövlət başçısı daha sonra deyib: “Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun 9 martda verdiyi bəyanatı müsbət qiymətləndirdik. Bu bəyanatda deyilir ki, danışıqların formatı yalnız iki tərəfin razılığı ilə dəyişdirilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.