“Demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi, Süleyman Abdullayev xalq artisti deyil?” - deputat

9-04-2019, 19:32           
“Demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi, Süleyman Abdullayev xalq artisti deyil?” - deputat
Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa növbəti dəfə kitab və çap məhsulları ilə bağlı çağırış etdi.

“Kitab və çap məhsulları vergidən azad edilməlidir”, deyən deputat ardınca bunları söylədi: “Bir müddət əvvəl Prezidentin mədəniyyət işçiləri ilə görüş keçirdi. Dövlət başçısı dedi ki, mədəniyyətin, ədəbiyyatın problemləri ilə bağlı danışın. Onların çoxu öz atalarına heykəl xahiş etdilər, televiziyaya çıxmaları ilə bağlı danışdılar. Bir adam təklif etmədi ki, kitabla bağlı olan 18 faizlik ƏDV götürülsün. Hansı ki, Türkiyə və Gürcüstan bunu götürüb”.

F.Mustafa daha sonra ədəbiyyatımızla bağlı digər həssas məqama diqqət yönəltməyə çalışdı: “Azərbaycanın nomenklaturada olmayan şairlərindən biri Musa Yaqubdur. Hazırda onun vəziyyəti ağırdır. Müsahibəsində deyir ki, müalicəyə göndərən yoxdur. Mən demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi, Süleyman Abdullayev xalq artisti deyil? Bunları bir tərəfə qoyuram. Musa Yaqub ağır vəziyyətdədir. O, yardım istəyir, lakin kimsə yardım etmir. Biz yüzlərlə ölkə üçün xeyri olmayan adamlara dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Prezident yaradıcı insanlarla görüşür. O görüşdə ictimai məsələlər kənarda qalır, şəxsi problemlərini önə çəkirlər. Biz yaradıcı insanlarımıza dəyər verməliyik”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.