"Ötən il cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib" - Birinci vitse-prezidentin köməkçisi

31-05-2019, 10:59           
"Ötən il cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib" - Birinci vitse-prezidentin köməkçisi
“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir".

"Report"un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və məlum olmayan səbəblərdən irəli gələ bilər: "Hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru