Aydın Mirzəzadə bəyanat yaydı: “Emosional çağırış etmişəm...”

31-05-2019, 20:31           
Aydın Mirzəzadə bəyanat yaydı: “Emosional çağırış etmişəm...”
Deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında etdiyi sərt çıxışı ilə bağlı bəyanat verib.
“Yeni Sabah” həmin bəyanatı təqdim edir:

"Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi.

Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.

Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımı radikal çağırış kimi qəbul edilməməyimi xahiş edirəm.

Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.