Şeyxülislam Allahşükür Paşazadə:"Azərbaycanda dini sahədə sabitlik mövcuddur"

5-06-2019, 09:53           
Şeyxülislam Allahşükür Paşazadə:"Azərbaycanda dini sahədə sabitlik mövcuddur"
“Mənim ən böyük arzum ondan ibarətdir ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə azad edilsin. Bugünkü bayram namazında Azərbaycanın firəvanlığı, gələcəyi üçün duallar etdik”.

Bunu “Təzə Pir” məscidindəki bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Azərbaycanda dini sahədə sabitlik mövcuddur. Dindarlar üçün hər bir şərait yaradılıb. Lakin yaradılan şəraitdən istifadə edən bəzi qaragüruhçu insanlar ölkəmizdəki hadisələri dünyaya başqa şəkildə göstərmək istəyirlər. Əlbəttə, bu, yolverilməzdir, bu, bəlkə də Azərbaycan xalqına qarşı olan bir işdir”, – deyə, A.Paşazadə əlavə edib.report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru