Fazil Məmmədovun biznesi ilə bağlı daha bir bəd xəbər...RUSİYADAKI ŞİRKƏTİ DƏ BAĞLANDI

11-06-2019, 17:32           
Fazil Məmmədovun biznesi ilə bağlı daha bir bəd xəbər...RUSİYADAKI ŞİRKƏTİ DƏ BAĞLANDI
Teref.az müstəqil araşdırmaçı Cavanşir Həsənliyə istinadən yazır ki, sabiq vergilər naziri Fazil Məmmədovun Synergy şirkətlər qrupuna daxil olan “Tradehouse Caspian Coast Winery and Vineyards” (ООО "ТОРГОВЫЙ ДОМ КАСПИАН КОУСТ УАЙНЕРИ ЭНД ВАЙНЯРДЗ") şirkəti Rusiya bazarını tərk edib. Daha doğrusu, Almaniyada olduğu kimi Rusiyada da sabiq nazirin işləri iflasa uğrayıb və bu səbəbdən “Tradehouse Caspian Coast Winery and Vineyards” şirkətinin bağlanması üçün bu ilin martın 14-də müraciət edilib.
“Tradehouse Caspian Coast Winery and Vineyards” Rusiyada 2011-ci il yanvarın 27-dən (qeydiyyat nömrəsi 69721530) fəaliyyət göstərib, nizamnamə kapitalı 10 milyon rubl təşkil edib. Hüquqi ünvanı Moskva şəhəri, Vorontsovo pole 3/6, baş direktoru Tatyana Aleksandrovna Yeqorova olub.
Rəsmi məlumatlarda 2017-ci ildə maliyyə balansının 6 milyon rubl olduğu qeyd olunur.
Qeyd etmək istəyirik ki, Siyəzənin Hamya kəndində fəaliyyət göstərən Caspian Coast Winery & Vineyards MMC-nin məhsulları (“Bayan Shira”, “Matrasa”, “Hamya”, “Shani”, “Four Seasons”, “Cabernet-Sauvignon”, “Rkatsiteli” və digər adlarda çaxır və konyakları)
bu şirkət vasitəsilə Rusiya bazarlarına çıxarılırdı.
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.