Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir - TÜRKPA-nın Baş katibi

14-06-2019, 12:45           
Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir - TÜRKPA-nın Baş katibi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir.

Oxu.Az xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Bakıda Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır.

“Türkdilli xalqlar qadınlara əvəzolunmaz varlıq kimi yanaşırlar. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər”, - deyən A.Mamayusupovun sözlərinə görə, üzv ölkələrdə gender bərabərsizliyi ilə bağlı normativ-hüquqi baza yaradılıb.

“Hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru