Eldar Sabiroğlu oğlundan imtina etdi

17-06-2019, 13:35           
Eldar Sabiroğlu oğlundan imtina etdi
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərivdan imtina edib.

Moderator.az-ın xəbərinə görə, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. O, məktubunda oğluna artıq onun atası olmadığını deyib, hətta cənazəsinə belə gəlməməyini tapşırıb.


Məktubu Rüfət Səfərov özünün feysbuk səhifəsində yayıb.


Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru