Gömrüyə etiraz edən şəxs özünü yandırıb? (Açıqlama)

19-06-2019, 17:35           
Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur.

Bildirilir ki, gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər.

Teref.az xəbər verir ki, ötən gün mediada yayılan xəbərlərə görə, DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin (Gəncə şəhəri) qarşısında özünü yandırıb.

Məlumata görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş.

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Komitə qeyd edir ki, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru