Nazirlər kabineti Notariat hərəkətlərinin aparılması haqqında qanunu dəyişir

21-07-2019, 09:01           
Nazirlər kabineti Notariat hərəkətlərinin aparılması haqqında qanunu dəyişir
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, dəyişiklik ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ilə əlaqədardır.

İndiyə qədər ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılıb.

Dəyişikliyə əsasən, bundan sonra ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildirişin surəti həm də “Daşınar əmlakın yüklülüyü haqqında” qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru