Şamaxıda bir dilim qarpızı turistə 5 manata satdılar — Çolpa kababı isə 40 AZN (FOTO)

23-07-2019, 21:50           
Şamaxıda bir dilim qarpızı turistə 5 manata satdılar — Çolpa kababı isə 40 AZN (FOTO)
Turizm sahəsində işləyən şəxs hindistanlı turistləri Şamaxıya göndərdi, istirahət mərkəzi isə turistləri aldatdı.

Teref.az Bizimyol.info -ya istinadla xəbər verir ki, bu barədə Fikrət Xankişiyev adlı turizm sahəsində çalışan şəxs “Müştəriyəm, Şikayətim var” qrupuna yazıb.

O bildirib ki, iki hindistanlı turisti Şamaxının Dəmirçi kəndinə istirahətə göndərib. Yolüstü turistlər Şamaxıda “Xarı Bülbül” istirahət mərkəzində nahar ediblər.

İstirahət mərkəzi isə turistlərə bir toyuğu 40 manata satıb.

Məsələ ilə bağlı internet resurslarında olan “Xarı Bülbül” istirahət mərkəzinin əlaqə nömrələrinə zəng etsək də, dəstəyi qaldıran şəxs həmin əlaqə vasitələrinin istirahət mərkəzinə aid olmadığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru