Ümumdünya Səhiyyə Təşkilatı: "2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"

26-07-2019, 08:14           
Ümumdünya Səhiyyə Təşkilatı: "2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib ki, dünyada 325 milyondan çox insan Hepatit B və C virusuna yoluxub.

Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək.

Mark Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru