Azərbaycan BMT-də Krım qətnaməsinə səs vermədi
19-12-2019, 09:14
Rusiyaya qarşı sənədə ABŞ və AB ilə yanaşı Türkiyə də səs verib, Azərbaycanın adı isə heç bitərəflərin də içində yoxdu
Dekabrın 18-də BMT Baş Assambleyasının iclasında Rusiya tərəfindən ilhaq edilmiş Krımda insan haqlarının müdafiəsi üçün qətnamə qəbul edilib.
Qətnamə qəbul olunduğu andan qüvvədədir.
Rusiyanın leyhinə və əleyhinə məsələsi
Burada ən maraqlı məqam hansı ölkələrin, ələlxüsus da keçmiş sovet respublikalarının Rusiyanı tənqid edən bu qətnaməyə necə səs verməsi idi.
Qətnamənin leyhinə 65, əleyhinə 23 ölkə səs verib. Əleyhinə səs verənlərin arasında Rusiyadan başqa Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Şimali Koreya, Çin, Venesuela və Suriya da var.
Əslində bu qətnamənin leyhinə səs vermək Rusiyanın əleyhinə səs vermək sayılır. Bu ölkələrin sırasında ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Yeni Zelandiya, İsrail, Monteneqro və bir sıra başqaları var.
Keçmiş sovet respublikalarından yalnız Gürcüstan və Moldova Rusiyanın əleyhinə olan bu qətnaməyə səs verməyə özündə cəsarət tapıb.
Yeri gəlmişkən Türkiyə qətnamənin leyhinə, İran əleyhinə səs verib.
Nə də bitərəf…
83 ölkənin nümayəndəsi bitərəf qalıb.
Amma Azərbaycan hətta bu kateqoriyada da görünmür. Onun adı nə leyhinə, nə əleyhinə səs vermiş, nə də… bitərəf qalmış ölkələrin sırasında yoxdur.
Bu isə səsvermə qaydalarına görə əsasən o hallarda baş verir ki, ölkə ümümiyyətlə məsələyə dair mövqe bildirmir, bildirmək istəmir və ya hər hansı səbəbdən mövqe bildirə bilmir.
Bu da qeyd olunmalıdır ki, BMT-nin səsvermə tablosundan Türkmənistan, Tacikistan və Özbəkistanın da Azərbaycanla eyni “taktikadan” istifadə etdiklərini göstərir.
UKR Mission to UN
✔@UKRinUN
Таблиця голосування за кримську правозахисну резолюцію в ГА ООН / Voting results re the #UNGA draft resolution on the human rights in #Crimea