"Mənəvi və ideoloji terroru dayandırmağınızı xahiş edirəm"- Hərbi ekspertdən müraciət
26-12-2019, 21:39
"Heç Qarabağ savaşında bu sayda döyüşçü, hərbçi, personal olmamışdır"
Hərbi ekspert Abuzər Əbilov saxta müharibə veteranı və əlili statusu alanların aşkar edilməsi və onlara belə bir statusu verən vəzifəli şəxslərin tezliklə cəzalandırılması üçün başda prezident İlham Əliyev olmaqla güc strukturlarının rəhbərlərinə müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Prezidenti ,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə,
Azərbaycan respublikasının Baş Prokuroru cənab Zakir Qaralova.
Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə,
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova.
MƏNƏVİ VƏ İDEOLOJİ TERRORU DAYANDIRMANIZI XAHİŞ EDİRƏM .
Son günlər Azərbaycan Respublikasında islahatlara start verilməsi ilə bir çox sahələrlə yanaşı ,xalqın savaş tarixi olan Birinci və davam Qarabağ savaşının da qara səhifəsi olan saxta veteran və əlillik alma mövzusundada bir sıra cinayət əməllərinin olduğu müəyyən olunmuşdur. Heç kimə gizli deyil ki,bu mənəviyyat və xalqın mübarizə simvolu olan anlamda da böyük cinayət əməlləri yox deyildir. Son günlər KİV və güc strukturlarının verdiyi məlumatlar da bunu təsdiq edir. Bir sıra insanlar həqiqi müharibə veteranı və əlili statusunu ala bilməmələri fonunda, ölkədə 1000 -lərlə şərəfsiz cinayətkar ünsür bu statusu cinayət yolu ilə alıb ondan istifadə edərək dövlətə külli miqdarda ziyan vurmuşlar. Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirəm:
1- Dövlət və hökumət orqanları, güc strukturları tərəfindən komissiya yaradılaraq "Müharibə Veteranı və Əlili " statusu almiş insanları bir daha dəqiqliklə yoxlanmasını,onların hansı zaman və harada xidmət etdiklərini ,Hərbi Həkim və Dövlət sosial Müdafiəsi Nazirliyinin həkim komissiyalarının arxivlərini araşdırmaq üçün sərəncam verəsiniz.
2 -Bu kimi vicdansız işlərlə məşğul olan, saxta veteranların toplumunu yaradıb, onların dövlətdən dəfələrlə ev, maşın və digər imtiyazlar alması üçün vasitəçi olan bir sıra QHT və Veteran, Əlil birliklərinin bu mənfi fəaliyyətini nəzərə alıb onların ləğvi üçün sərəncam verəsiniz.
3 -İllər uzunu "veteran, əlil vəsiqəsi" bazarı açmış qurumların və " əlillik dərəcəsinin dəyişdirilməsi" (3 cü qrupu 2 yə,2 ci qrupu -1 ciyə dəyişilməsi) üzrə artıq ixtisaslaşmış səhiyyə təşkilatlarının işinin yoxlanması və cinayət əməllərinin ifşa olunması üçün sərəncam verəsiniz.
Ölkədə uzun illərdir aktiv müharibə yoxdur ( Aprel savaşı lokal əməliyyat idi) lakin mühribə veteranlarının və əlillərinin sayı durmadan artmaqdadır. Əyər bu həqiqi veteranların və əlillərin öz haqlarını aldıqları zaman sayın artması müşayət olunsaydı,buna sevinərdik. Lakin hər bir təşkilat və dövlət qurumuna aydındır ki bu belə deyildir. Statistikaya müraciət etsək o zaman görə bilərdik ki, Qarabağ savaşında bu sayda döyüşçü, hərbçi, personal olmamışdır.
Bütün bunların bir adı var: Mənəvi və İdeoloji terror. Bu terrorçuların (onları belə adlandırmaqdan çəkinmirəm-çünki onlar həqiqi veteran və əlillərin həyatını oğurlamışlar) tezliklə ifşa olunacağına və onlardan ən azından bu statusların alınacağına, bu statusları rüşvət vasitəsi ilə verənlərin cəzalandırılacağına inanıram.
P.S. Bu gün də bir rayonun xəstəxanasının Baş həkimi tərəfindən rüşvət yolu ilə "Qarabağ müharibəsi əlili" statusu verməsi zamanı ifşa olunduğu xəbəri gəldi !