Deputat Xanhüseyn Kazımlı: "Mənim yerimə qızım gedəcək"

9-01-2020, 16:37           
Deputat Xanhüseyn Kazımlı: "Mənim yerimə qızım gedəcək"
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Ə. Kazımova namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X. Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: "Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirik".

◀▶
Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Ə. Kazımovanın atası deputat Xanhüseyn Kazımlı birinci, ikincı, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatıdır. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru