Pərviz Həşimli də bəraət tələb edir – Ortada yeni hallar var

25-04-2020, 15:16           
Pərviz Həşimli də bəraət tələb edir – Ortada yeni hallar var
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama əməliyyatı ilə 2013-cü ildə həbs edilmiş jurnalist Pərviz Həşimli bəraət tələb edir.
Gununsesi.org xəbər verir ki, bu barədə jurnalist özünün sosial şəbəkə hesabında yazıb:
“Hesab edirəm ki, Ali Məhkəmə Plenumu mənə də bəraət verməlidir..
Çünki, sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevi də silahla şərləyən MTN-dəki məlum çetenin bu cinayəti yeni halları üzə çıxardı.
Rəhmətlik vəkil Elton Quliyev, vəkil Adil Ismayilov Rusiyadakı “Makarov” zavodundan sənədlər gətirdi, məlum oldu ki, hər ikimizin “silahları” eyni sifarişlə istehsal olunub və eyni qutunun içindəndir.
Sizcə “qara bazarda” nömrə ardıcıllığı bir-birinə uyğun olan silah satılması mümkündürmü? “Makarov” lar bunlardir: 1337103467, 1337103547, 1337103673, 1337103699, 1337103723.. Məni qanunsuz olaraq, həbsə alanlar CM-nin 290 (Təqsiri olmadığını bilə-bilə cinayət məsuliyyətinə cəlb etmə), 292 (Qanunsuz olaraq tutma, həbsə alma və həbsdə saxlama) maddələri, mənə hökm oxuyan Novruz Kərimov isə bilə-bilə qanunsuz hökm çıxardığına görə, CM-nin 295-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə Plenumu İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru