Mikayıl Cabbarovun müavininə qarşı bu hərəkəti təqdir edildi - VİDEO
26-04-2020, 11:40
![Mikayıl Cabbarovun müavininə qarşı bu hərəkəti təqdir edildi - VİDEO](/uploads/posts/2020-04/1587886811_1.jpg)
Dünən iqtisadiyyat naziri Mikayıl Cabbarovun keçirdiyi brifinqdə diqqət çəkən maraqlı məqam olub.
Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, nazir çıxışının ilk hissəsini bitirdikdən sonra masanın üzərində olan stəkanına əl uzadıb. Bu zaman nazirin sol tərəfində əyləşən müavini Sahib Məmmədov əlini uzadaraq suyu süzmək istəyib. Lakin nazir jestləri ilə Sahib Məmmədovdan bunu etməməsini istəyib. Sonra nazir özü suyu stəkana süzərək içib.
Mikayıl Cabbarovun bu reaksiyası jurnalistlər tərəfindən müsbət qarşılanıb və təqdir edilib. Mətbuat konfranslarında və rəsmi görüşlərdə həmişə sadəliyi ilə diqqət çəkən nazir bu hərəkəti ilə özünü tabeliyində olan şəxslərdən üstün hesab etmədiyini də nümayiş etdirib.
Mətbuat konfransında diqqət çəkən başqa bir məqamsa Mikayıl Cabbarovun rəhbəri olduğu nazirliyin əməkdaşlarına "həmkarım" deyə müraciət etməsidir. Nazir bununla çalışdığı hər kəsi, vəzifəsindən asılı olmayaraq, özü ilə eyniləşdirib.
Mikayıl Cabbarov brifinqdə suallar ünvanlanan zaman müvafiq olaraq müavinlərini, nazirliyin şöbə müdirlərini "həmkarım cavab verəcək", deyərək media nümayəndələrinə təqdim edib və sualları cavablandırmalarını xahiş edib.
Həmin anların görüntülərini təqdim edirik.