Nəzərdə tutulan müddət başa çatdı - AÇIQLAMA

26-04-2020, 21:13           
Nəzərdə tutulan müddət başa çatdı - AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.

Pravda.az-ın xəbərinə görə, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb.

"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub", - o qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru