Sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir - Qubad İbadoğlu

22-07-2020, 00:08           
Sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir - Qubad İbadoğlu
Teref.az yazır ki, ADR hərəkatının sədri Qubad İbadoğlu açıqlama yayıb. Qubad İbadoğlu yazır, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyərək 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Teref.az yazır, daha sonra Qubad İbadoğlu qeyd edir ki, qəbul olunmuş sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir. Birincisi, ABŞ son 2 ildə Ermənistana, xüsusən də Dağlıq Qarabağ ermənilərinə olan yardımları minimumlaşdırıb, Azərbaycana hərbi yardımlar edir. Qəbul olunmuş imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara da ABŞ qanunvericiliyinə uyğun yardım edilsin. Bir sözlə ABŞ DQ ermənilərinə yardımı dayandırıb, Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır. Buna sevinmək lazımdır. Xalqımızı və bu işdə az da olsa əməyi olan ADR Hərəkatını da təbrik edirəm. Xatırladım ki, ADR Hərəkatı bununla əlaqədar olaraq ABŞ nümayəndələr palatasının üzvlərinə müraciət məktubu göndərmiş və onlara ermənilərin təklif etdiyi düzəlişə səs verməməyə çağırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.