İttihamlar bizə Qarabağı qaytarmayacaq... Sadıkov çıxarılsa nə dəyişəcək?
23-07-2020, 20:33
![İttihamlar bizə Qarabağı qaytarmayacaq...](/uploads/posts/2020-07/1595522048_1.jpg)
Azərbaycanla Ermənistan arasında uzun illərdir müharibə davam edir. İstər iqtisadi, istər canlı, istərsə də hərbi itkilər hər iki dövlətin ziyanınadır. Əlbətdə, Azərbaycan ordusunun regionda lider olması və erməni ordusundan qat-qat üstünlüyü göz qabağındadır və bunu nəinki azərbaycanlı hərbi ekspertlər, hətta Rusiyanın gücümüzə bələd olan məşhur hərbi ekspertləri belə təsdiqləyir.
Bizimxeber.az bildirir ki, Azərbaycanın silah arsenalının yenilənməsi, ən müasir silah sistemləri ilə təchizatı və Ermənilərin bu gücün qarşısında dayana bilməməsi açıq-aydın bəllidir. Amma... Bəli əmma budur ki, biz hələ də torpaqlarımızı, hətta bir rayonumuzu işğaldan nə müharibə, nə də sülh yolu ilə azad etməmişik.
Demək ki, torpaqların geri qaytarılmasının başqa siyasi əngəllər var. Demək ki, burda "Qara dəlik" var...
Sonuncu Tovuz istiqamətində gedən döyüşlərdə aparılan əməliyyatlar barədə danışsaq bu Aprel döyüşləri ilə müqayisədə fəqrli görünürdü. Aprel döyüşləri zaman "Lələ Təpə" yüksəkliyi əldə olundusa, Tovuz döyüşlərində bunun şahidi ola bilmədik. Əlbətdə erməni tərəfinə ağır zərbələr vuruldu, düşmən layiqli cəzasını aldı. Amma... Generalımızı da itirdik. Təki vətən sağ olsun! deyib, ayaqdayıq.
Son bir aylıq statistikaya nəzər salsaq ölkə mətbuatında Müdafiə naziri Zakir Həsənovun və daha çox Baş Qərargah rəisi Nəcməddin Sadikovun müdafiəsi istiqamətində kifayət qədər arqumentli, hətta daha çox arqumentsiz, müdafiə yazılarının yazıldığının şahidi olmaq olar. O zaman nə Tovuz istiqamətində döyüşlər yox idi, nə də generalımız Polad Həşimov şəhid olmamışdı. Bu günlər ərzində demək olar ki, əksər hərbi ekspertlər Azərbaycan ordusunun gücündən, nazir Zakir Həsənovun qüdrətindən və Nəcməddin Sadikovun döyüş yolu barədə silsilə yazılar yazırdı. Əlbətdə bu vacibdir və ordumuzun başında dayananların əməyi diqqətdə saxlanmalıdır.
Bu arada sabiq müdafiə naziri Səfər Əbiyevin nazir olduğu dönəmdə Azərbaycan ordusunun gücsüz, səngərlərin, infrastrukturun bərbad olması ilə bağlı silsilə yazıların da şahidi olurduq. Səfər Əbiyevin fəaliyyəti ilə Zakir Həsənovun işi müqayisə olunudu.
Və bir neçə gün sonra Tovuz istiqamtində döyüşlər başladı. Çox keçmədi ki, generalımız Polad Həşimov dəqiq top mərmisi ilə vuruldu. Təbii ki, müharibə gedən dövlətdə general da vurular, əsgər də. Amma generalla əsgərin vurulması fərqli -fəqrli situasiyalardır. Döyüş gedən bölgədə generalın hərəkət traektoriyasının müəyyənləşdirilməsi o qədər də asan məsələ deyil və bu hadisə ilə bağlı olduqca fəqrli fikirlər səsləndirməkdə davam edilir.
Bəzi ekspertlər açıq formada genralın kənar qüvvələr tərəfindən dəqiq zərbə ilə vurulduğunu gizlətmir, digərləri bu faktları cəfəng adlandırır. Başqa biriləri isə generalın yerinin düşmənə satıldığı ilə bağlı fikirlər səsləndirir. Əlbətdə bunlar versiyalardır və hadisənin necə baş verməsi araşdırılmalıdır, dəqiqləşdirilməlidir, içtimaiyyətə məlumat verilməlidir. Bu dövlətin işidir.
Amma bu günlərdə daha bir köhnə müzakirə movsuzu - Baş qərargah rəisi Nəcməddin Sadikovun vəzifədən uzaqlaşdırılmasının vacibliyi gündəmə gəlib. Bu məsələ istər mətbuatda, istərsə də sosial şəbəkələrdə ciddi müzakirə olunur.
Azərbaycan ordusunun Baş Qərargah rəisi barədə səsləndirilən ittihamlar kifayət qədər ciddidir və bu faktların mütləq əsası olmalıdır. Səslənidirilən ittihamlardan belə görünür ki, generalın qardaşı Rusiyanın Ermənistandakı hərbi bazasında yüksək vəzifə tutur, Rusiyanın adamıdır, bəzi planların baş tutmamasında Sadikovun əli var və sairə...
Təxminən illər əvvəl sabiq nazir Səfər Əbiyev barədə deyilən faktlarla eyni bir şey. O zaman da məlumatlar yazırdılar ki, Səfər Əbiyev Rusiyanın kadrıdır və buna görə də, torpaqlarımızı geri ala bilmirik. Səfər Əbiyev artıq 7 ildir vəzifədən çıxarılıb. Biz yenə də Səfər Əbiyevi günahlandırırıq. 7 il az rəqəm deyil və Azərbaycan torpaqları hələ də işğaldadır.
Təbii ki, Səfər Əbiyevin zamanındakı ordu və onun gücü, rüh yüksəkliyi indiki ilə müqayisəyə gəlməzdir. Amma indi yenə də Səfər Əbiyev komandası Nəcməddin Sadıkovu, Zakir Həsənovu, qarşı tərəf isə əks tərəfi günahlandırır. Şəhid veririk, general itiririk, anaların gözü yaşlı qalır və nəticədə bunlar bir-birilərini günahlandırmaqda davam edirlər.
Müdafiə naziri Zakir Həsənovun, Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırması ilə Qarabag qaytarılacaqsa o zaman bunu etmək lazımdır. Bəlkə doğrudanda Qarabağın qaytarılması açarı Nəcməddin Sadıkovun vəzifədən çıxaırlmasındadır. Bu nə qədər gülməli görünsə də kütləvi müzakirələri də bəzən nəzərə almaq lazımdır. Azərbaycanın müstəqilliyi, torpaqların geri qaytarılması üçün bu lazımdırsa niyə də olmasın.
Yaşasın Azərbaycan Ordusu!