Azərbaycanın bir qrup siyasi partiya bəyanat yaydı: VAHİD ORDU QURULSUN!

16-09-2020, 11:43           
Azərbaycanın bir qrup siyasi partiya bəyanat yaydı:
Sentyabrın 15 də VHP qərargahında Sabir Rüstəmxanlı, Yasəmən Qaraqoyunlu və Adil Minbaşının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiyaların iştirakı ilə Türkiyə Azərbaycan birliyinə dəstək konfransı keçirilmişdir.

Konfransda Azərbaycandan Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Fazil Mustafa – Böyük Quruluş Partiyasının sədri, millət vəkili Sülhəddin Əkbər – Azad Demokratlar Partiyasının sədri,

Mirmahmud Fəttayev – Klassik Xalq Cəbhəsi Partiyasının sədri,

Pənah Hüseyn - Azərbaycan Xalq Partiyasının sədri

Sərdar Cəlaloğlu – Azərbaycan Demokrat Partiyasının sədri

Əli Əliyev – Vətəndaş və İnkişaf Partiyasının sədri

Rüfət Muradov – Ümid Partiyası sədrinin müavini

Elxan Şükürlü – Ədalət Partiyası sədrinin müavini

Adil Minbaşı – DAK İdarə Heyətinin üzvü

Yasəmən Qaraqoyunlu – AMEA-nın elmi işçisi, filosof.BAH sədri,

Türkiyədən İYİ Parti Genel Başkanı Meral Akşener

MHP dən Atilla Kaya

Türk dünyası Qazeteçilər Federasyonu başkanının danışmanı Abdullah Türər Yenər

Sivil Toplum Kuruluşları kordinatoru Hasan Akkuş

çıxış etmişlər. Konfransın təşkil edilməsində və Türkiyədən katılımçıların öz fikirlərini konfrans iştirakçıları ilə bölməsində İYİ Parti Başqan yardımçısı prof.dok. Ümid Özdağın qatqılarl və çalışmasl olmuşdur. Konfransda çıxış edənlər Türk dünyasının birliyi və təhlükəsizliyinin qorunması üçün, Türkiyə və Azərbaycanın birlikdə ortaq hərbi -siyasi -strateji platformasının olması zəruriliyini vurğulamışlar. Konfrans iştirakçıları Türkiyə ilə Azərbaycanın vahid ordusunun qurulmasını, həmçinin Türkiyə və Azərbaycanın konfederativ birlikdə birləşməsini təklif etmişlər. Konfransın sonunda bəyanat qəbul olunmuşdur.

Bəyanat.



Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiyanın

BƏYANATI

1918-ci il sentyabrın 15-də Bakının “Qafqaz” İslam Ordusu tərəfindən azad olunması, şübhəsiz ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti dönəmində bu hadisənin məqsədyönlü təhrifinə baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin həmin vaxtdakı qəhrəmanlığını bu illər ərazində heç vaxt unutmayıb, onu qəlbində yaşadıb.

Bir əsr öncə Azərbaycan və Osmanlı türkləri dünya imperalizminin qarşısında çiyin-çiyinə duraraq, öz istiqlallarını qəbul etdirməyi bacardılar və bu, bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən önəmli hadisə oldu.

Komandan Nuru Paşanın rəhbərliyi ilə “Qafqaz” Türk-İslam Ordusunun Bakını azad etməsinin illər ötdükcə Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı daha aydın dərk edilir.

Əgər bu Ordu köməyəimizə gəlməsəydi, şühəsiz ki, bu gün paytaxt Bakı da Dərbənd kimi, bir rus şəhərinə çevrilər, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi.

Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaqdır.

102 il əvvəl olduğu kimi, bu gün də oxşar çətinlik içərisindəyik: Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan əraziləri arxasında böyük güclərin durduğu Ermənistan tərəfindən işğal edilib və biz yenə də bu güclərin məkrli planlarına qarşı savaşda qardaş Türkiyə dövlətini yanımızda görürük; eyni şəkildə, 100 il öncə Osmanlı dövlətini bölüb parçalayan güclər bu gün başqa çətirlər, adlar altında Türkiyə Cümhuriyyətinin qalan ərazilərini də parçalamağa, hər vasitə ilə onun inkişafının qarşısını almağa çalışırlar və Azərbaycan xalqı da qardaş ölkəyə qarşı imperalist güclərin bu hücumları qarşısında Türkiyənin yanındadır.

Həm ərazilərimizə göz dikmiş və inkişafımızı istəməyən ortaq düşmənlərimizin varlığı, bu düşmənlərin açıq təhdidləri, həm ölkələrimiz qarşısında duran hədəflər, milli mraqlarımızın eyniliyi, həm də yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərini daha yeni müstəviyə çıxarmağı bizdən tələb edir.

Biz, bu bəyanatı imzalayan siyasi təşkilatlar və şəxslər mövcud reallıqlardan çıxış edərək, hər iki ölkə arasındakı münasibətlərin yeni və daha etibarlı müstəviyə çıxarılması üçün ən qısa zamanda aşağıdakı addımların atılmasını zəruri sayırıq:

- Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının və işğal olunmuş ərazilərimizdə terrorçu-separatçı bir rejimin fəaliyyət göstərməsinin təkcə Azərbaycan Respublikasının deyil, həm də Türkiyə Cümhuriyyətinin maraq və mənafelərinə real və açıq təhdid yaratdığını əsas götürərək, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji hərbi müttəfiqlik Sazişi imzalanmalıdır;

- Bu Saziş əsasında hər iki ölkənin ərzisində qarşılıqlı şəkildə hərbi bazaların yerləşdirilməsinə və hətta birgə, vahid komandanlığa tabe hərbi qüvvələrin yaradılmasına nail olunmalıdır;

- Azərbaycan-Türkiyə hərbi ittifaqının digər Türk cumhuriyyətlərinin də birliyinə təkan verməsi və genişləndirilməsi üçün digər Türk respublikalarıyla danışıqlar intensivləşdirilməli və son nəticədə, Avropa Birliyinin modelinə uyğun Türk Birliyinin yaradılmasına nail olunmalıdır;

- Bu hərbi, siyasi, iqtisadi və mədəni Birliyin yaradılmasının zəruruliyini ölkələrə çatdırmaq üçün Türkiyə, Azərbaycan və digər Türk cumhuriyyətlərinin siyasi təşkilatları, mətbuatı, fikir adamları arasında qarşılıqlı sabit əlaqələrin və ictimai rəyi hazırlama mexanizmlərinin qurulması və gücləndirilməsinə çalışılmalıdır.

Bəyanatı imzalayan partiyalar və şəxslər:

1. Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

2. Fazil Mustafa – Böyük Quruluş Partiyasının sədri, millət vəkili

3. Sülhəddin Əkbər – Azad Demokratlar Partiyasının sədri

4. Mirmahmud Fəttayev – Klassik Xalq Cəbhəsi Partiyasının sədri

5. Pənah Hüseyn - Azərbaycan Xalq Partiyasının sədri

6. Sərdar Cəlaloğlu – Azərbaycan Demokrat Partiyasının sədri

7. Əli Əliyev – Vətəndaş və İnkişaf Partiyasının sədri

8. Rüfət Muradov – Ümid Partiyası sədrinin müavini

9. Elxan Şükürlü – Ədalət Partiyası sədrinin müavini

10. Adil Minbaşı – DAK İdarə Heyətinin üzvü

11. Yasəmən Qaraqoyunlu – AMEA-nın elmi işçisi, filosof.BAH sədri.
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.