80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama

5-11-2020, 17:22           
80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
"Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir", - H.Hacıyev əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru