"Azad mediaya qarşı bu cür hücumları şiddətlə qınayırıq” - Prezidentin köməkçisi

6-11-2020, 00:01           
"Azad mediaya qarşı bu cür hücumları şiddətlə qınayırıq” - Prezidentin köməkçisi
“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və "New York Times" jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.
Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru