Mehriban Əliyevanın köməkçisinə Qarabağ torpağı və Xarıbülbül toxumu hədiyyə edildi

6-11-2020, 10:47           
Mehriban Əliyevanın köməkçisinə Qarabağ torpağı və Xarıbülbül toxumu hədiyyə edildi
I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynova Qarabağ torpağı və Xarıbülbül toxumu hədiyyə edilib.

“Report” xəbər verir ki, bu barədə E.Hüseynov özü bildirib.

“Bu gün həyatımda ən gözəl hədiyyə aldım! Suqovuşanın torpağı və Xarıbülbülün toxumu! Çox təşəkkür edirəm, əziz dostum, Rüfət Abbasov! O gün uzaqda deyil! #Qarabağ Azərbaycandır!”- deyə E.Hüseynov qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.