Şuşakəndin azad edilməsi elan olunmuşdu, ora niyə xəritədə bizdə deyil?

16-11-2020, 07:09           
Şuşakəndin azad edilməsi elan olunmuşdu, ora niyə xəritədə bizdə deyil?
Bu xəritə dünənə olan məlumat əsasında Rusiya Federasiyasının Müdafiə Nazirliyinin saytında dərc olunub, çoxlu suallar yaradır.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazıb. Daha sonra Qubad bəy yazır:
1. Nədən Kəlbəcər, Ağdam və Tərtər rayonlarının bir hissəsi təmas xəttinin Dağlıq Qarabağ hissəsindədir?
2. Qırmızı Bazar Dağlıq Qarabağ ərazisində göstərildiyi halda biz Şuşaya hansı avtomobil yolu ilə gedəcəyik.
3. Niyə Laçın dəhlizi o qədər geniş ərazini əhatə edir? Bu xəritədə o dəhlizdən çox Ermənistanda birləşdirilmiş əraziyə oxşayır.
4. Şuşakəndin azad edilməsi elan olunmuşdu, ora niyə xəritədə bizdə deyil?
5. Nədən Şuşa ətrafında kiçik ərazidə 3 daimi post olacaq?
Sualların cavablarını bilərn varsa, şərh bölməsində yazmasını xahiş edirəm.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru