"Biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq, sonra da, "Niyə Rusiya "sülhməramlıları" Arayiklə görüşür".."

16-11-2020, 11:56           
"Biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq, sonra da, "Niyə Rusiya "sülhməramlıları" Arayiklə görüşür".."
Noyabrın 10-da imzalanan sənəddən sitatlar:
1) 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur,
2) Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır,
3) Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək,
4) Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
Sənəddə 4 yerdə "Dağlıq Qarabağ" sözü keçir, mətnin məntiqindən həmin söz tək coğrafi anlamda işlənmədiyi görülür. Biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq, sonra da, "Niyə Rusiya "sülhməramlıları" Arayiklə görüşür", "Niyə görüş otağında qondarma qurumun bayrağı var", "Nədən Rusiya Prezidenti qurumlararası yeni mərkəz yaradır", "Nə səbəbə həmin fərmanla Rusiya kommunikasiyalar inşa edəcək, qaçqınları İrəvandan Xankəndinə gətirir", kimi suallar veririk - çünki imzalanan sənəd bunun üçün azacıq əsas yaradır, Kreml isə o az əsası böyük təmələ çevirir.
İndi nə etməli?! Məncə, dekabrın 2-nə qədər səbrlə və ehtiyat tədbirləri görməklə gözləyirik, hər 3 rayondan Ermənistan ordusu çıxmalıdı - bunun başqa alternativi yoxdur. Çünki, ortada Putinin və Kremlin reputasiyası var, çox qısa zamanda bunu xərcləsələr, bütün bölgəni itiricəklər - zatən Ermənistanda mövqelərini itiriblər, hakimiyyətə öz adamlarını gətirə bilmirlər, bizdə isə cəmiyyətin təməldən Şimala güvəni və Moskvadan pozitiv gözləntisi olmayıb. İmzalarını yerinə yetirməsələr Azərbaycanı da birdəfəlik itirəcəklər...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.