BMT-yə Qarabağda qanunsuz fəaliyyət göstərən transmilli korparasiyalarla bağlı hesabat təqdim olundu

17-11-2020, 17:23           
BMT-yə Qarabağda qanunsuz fəaliyyət göstərən transmilli korparasiyalarla bağlı hesabat təqdim olundu
BMT-nin İnsan Haqları Şurasının 2017-ci ilin iyun ayında keçirilən 35-ci sesiyasında işğal olunmuş ərazilərdə Avropanın və transmilli korporasiyaların qanunsuz fəaliyyətinə həsr olunmuş "Daha kim mənfəət qazanır" adlı hesabat tədqim olunub. Hesabatda tədqiqat obyekti üçün seçilmiş 4 işğal zonasından biri də Dağlıq Qarabağdır (DQ). Tədqiqatda işğal altında olan Qarabağda qanunsuz fəaliyyət göstərən Orange SA, Credit Agricole SA Group, Vodafone, Aurubis AG, Vimpelcom/VEON şirkətlərindən bəhs edilir. Onları siz də tanıyın.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy əlavə edir:
1) Aurubis Avropanın ən böyük mis istehsalçısı və dünyanın ikinci ən böyük mis təkrar emalçısıdır. Almaniyada qeydiyyatdan keçib. Aurubis Qarabağda iri vergi ödəyicisi olan, DQ büdcəsinə vergilərin 35 faizini verən, 1200 nəfər işçisi olan erməni konglomeratı Vallex Group-dan ildə 10.000 metrik ton qabarcıqlı mis alıb, onun satışı ilə məşğul olub.
2) Vodafone 2008-ci ildən etibarən Vodafone
Rusiyanın MTS şirkəti ilə ortaq olub, Ermənistanda MTS-Vodafone dəstəkləyən VivaCell-MTS vasitəsi ilə Qarabağda fəaliyyət göstərir.
3) Fransa Telekom şirkəti olan Orange S.A. Orange-Armenia təmsilçisi vasitəsilə Karabakh Telecom şirkəti adı ilə işğal altında olan ərazidə fəaliyyət göstərir.
4) Crédit Agricole Fransız mərkəzli beynəlxalq bank qrupudur,
Ermənistanda qeydiyyatdan keçən ACBA Crédit Agricole'nin ən iri səhmdarıdır və onun səhmlərinin 28 faizinə sahibdir. . Son iyirmi ildə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlarla, Hollandiyanın hökumət tərəfindən idarə olunan FMO (Təşəbbüskar İnkişaf Bankı), Cənub-Şərqi Avropa üçün Avropa Fondu ilə əməkdaşlıq edib. Crédit Agricole DQ-də bank, kredit, lizinq və faktorinq fəaliyyəti ilə məşğul olur.
5) VEON olaraq rebrend edilən VimpelCom beynəlxalq telekommunikasiya şirkətidir, mərkəzi Rusiya Federasiyası və Hollandiyadadır. Ermənistandakı törəmə şirkəti olan Armentel vasitəsilə 2002-ci ildən Dağlıq Qarabağa mobil və İnternet xidmətləri göstərməyə başlayıb. Dağlıq Qarabağda “Artsax” adlı xidmətə malikdir.
Nəhayət, “Franck Muller Group”un baş icraçı direktoru Vardan Sirmakes erməni separatçı rejiminin nəzarəti altında işğal altında olan Dağlıq Qarabağda qanunsuz bizneslə məşğul olub. O Zəngilan rayonunda "Veynəli", Kəlbəcər rayonunda "Söyüdlü" qızıl yataqlarını talayıb. Onun vasitəsilə Ağdərə rayonunda ildə 40-50 ton qara kürü ixrac etmək üçün “Golden Fish” şirkəti tərəfindən balıq fabriki tikilib.
Vardan Sirmakesin şirkəti Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3% -ə, “Armswissbank” Armenia QSC-nin səhmlərin 20% -ə, “ArtsaxKHEK” ASC-nin 52,1 % -ə sahib olub.
Hesab edirəm ki, Azərbaycanın aidiyyatı dövlət orqanları bu şirkətlərin qanunsuz fəaliyyəti ilə bağlı beynılxalq məhkəmələr və onların təmsil etdikləri ölkələr qarşısında iddialar qaldırmalıdırlar.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.