Rusiya deyəsən, bəri başdan effeksiz vaksinasiyaya informasiya fonu hazırlayır

9-12-2020, 17:31           
Rusiya  deyəsən, bəri başdan effeksiz vaksinasiyaya informasiya fonu hazırlayır
1) Rusiya covidlə bağlı vaksinasiya başlayıb - ilk inyeksiyadan 21 gün sonra 2-ci dəfə vaksin vurulur. Əsas şərtlərdən biri budur ki, vaksin vurulan ən azı 42 gün spirtli içki içməməlidir - yoxsa effekti olmayacaq.
Teref.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bunu yazıb. Daha sonra Natiq Cəfərli yazır:
Rusiya deyəsən, bəri başdan effeksiz vaksinasiyaya informasiya fonu hazırlayır - Yeni İl, yanvarın 7-də provoslav Milad bayramı, 12 gün yanvar tətili, 13 də "köhnə-yeni" il və hələ də davam edən "özünüizolyasiya" rejimi - rusiyalı necə içməsin?! Mümkündür bu?!
2) İndi bu özünü böyük, güclü sayan dövlət Azərbaycan-Türkiyə yaxınlaşmasına, hərbi parada görə məmləkətdən pomidor-alma ixracına qadağa qoyub, belə düşük addımlar atır, hələ bir dünya lideri olmağa çalışır.
Bizim hökumət də 29 il müstəqillik dövründə aqrar sektorda ixracatda Rusiyadan ciddi asılığı azalda bilmədi, bu isə Kremlə imkan verir ki, hər dəfə pomidorumuzu əlinə alıb üstümüzə gəlsin. İllərdir deyirdik ki, çoxşaxəli ixrac modelinə keçmək, AB ilə saziş bağlayıb Avropa bazarına çıxmağa cəhd etmək, Orta Asiya, Yaxın Şərq bazarında özünə yer etmək lazımdı. Amma biz SSRİ dövründən öyrəndiyimiz yolla getdik, indi bunun fəsadlarını yaşayırıq. Nə isə....
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.