İlham Əliyevin “İskəndər” açıqlamasının gizlinləri (ŞƏRH)

1-03-2021, 11:43           
İlham Əliyevin “İskəndər” açıqlamasının gizlinləri (ŞƏRH)
Prezident İlham Əliyevin "İskəndər” raketləri ilə bağlı Ermənistan baş nazirinin dediklərini təkzib etməsi ciddi müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, siyasi analitik Nazim Cəfərsoy "İskəndər” məsələsində İlham Əliyevin Paşinyanın əleyhinə çıxmasının iki mühüm səbəbi olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistandakı siyasi proseslər həlledici mərhələyə keçdiyindən Prezindet İlham Əliyevin Paşinyanın əleyhinə danışması normal qarşılanmalıdır:

"Ermənistanda Paşinyan və müxalifləri arasında mübarizə həlledici mərhələyə keçib. Bu mərhələdə Paşinyanın "İskəndər”lə bağlı dəstəkləyən bir mesaj Ermənistanda onun əleyhinə işləyə bilər. Təsəvvür edin, müxalifət deyir, "Pasinyan Azərbaycan və Türkiyənin adamıdır". Azərbaycan prezidenti də Paşinyanı dəstəkləyən açıqlama verir. Bu, birbaşa müxalifətə dəstək vermək deməkdir. Ona görə prezident bu aralar Paşinyan əleyhinə nə qədər çox danışsa, o qədər Ermənistan daxili siyasətindəki maraqlarımıza uyğundur.

Bundan əlavə, Pasinyanin taleyi tam məlum deyil və prezidentin sülhün davamına dair mesajı Azərbaycan dövlətinin bu ehtimalı nəzərə aldığını göstərir. Bu mənada Paşinyanı açıq dəstəkləmək strateji oyun planımıza taktiki baxımdan uyğun deyil.

Həmçinin, Paşinyanın "İskəndər” açıqlamasına dəstək vermək Rusiya ilə münasibətlərimizə zərər verəcək xarakterə malikdir. Əvvəla, bu Rus hərbi sənaye kompleksi ilə son illər yaratdığımız münasibətlərə zərər vermək deməkdir. Bu münasibət həm Azərbaycan ordusunun konvansiyonel (anlaşma ilə bağlı) silahlarla təmini, həm də ən önəmlisi Qarabag savaşında Rusiyanın 44 gün hərbi baxımdan tərəfsiz qalmasına ciddi fayda verib. İkincisi, Kremlin Paşinyandan xoşu gəlmir, biz niyə Paşinyana görə Rusiya ilə münasibətlərə zərər verməliyik ? Xüsusilə də Rus sülhməramlıları məsələsindəki həssaslığı nəzərə alsaq, bu məqam mühümdür. Rusiya ilə Paşinyan arasındakı kontrollu gərginlik bizim lehimizədir”.konkret.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.