Suriya ermənisinin Azərbaycanda nə iti azıb? – XİN hara baxır?

4-03-2021, 00:56           
Suriya ermənisinin Azərbaycanda nə iti azıb? –
Erməni diasporundan olan iş adamı Vahe Keushgueryan Qarabağda yaşamağa qərar verib.

Ovqat.com xəbər verir ki, bunu erməni iş adamının özü sosial mediaya verdiyi açıqlamada bildirib.

Vahe Keushgueryanın Qarabağa köçməsi səbəbsiz deyil. Qondarma “DQR”-ın “prezidentii Arayik Harutyunyan 19 fevral tarixində fərman imzalayaraq, onu özünün “könüllü müşaviri” götürüb. Fərmana görə, o, Qarabağın “iqtisadi inkişafı”nda guya mühüm rol oynamaq üçün bu “vəzifəyə” gətirilib. Başqa təbirlə desək, Arayikin iqtisadi məsələlər üzrə müşaviri olacaq.

Keushgueryan 8 Mart 1957-ci ildə Suriyanın Xüms şəhərində anadan olub. İş fəaliyyətinə İtaliyada başlayıb, Toskana və Pulia bölgələrində şərab şirkətlərini qurub. 2009-cu ildə ailəsi ilə birlikdə Ermənistana köçüb və “Semina Consulting” şərabçılıq və konsaltinq şirkətini qurub. İş adamı eyni zamanda “Karas”, “Kataro”, “Koş” “Zulal”, “Oşin” kimi müxtəlif şərab istehsalı layihələrinin yaradılması prosesində iştirak edib.

Hal-hazırda Vahe Keushgueryan yüksək keyfiyyətli şərab istehsal edən “Vine Works şirkətinin sahibidir. O, həmçinin bir sıra digər icma layihələrinin və inkişaf proqramlarının müəllifidir.

Sözsüz ki, Suriya ermənisi olan bu adam Qarabağa yerli sakinlərə gün ağlamağa gəlmir. Keushgueryanı bu diyara cəlb edən Qarabağın üzümçülük üçün yararlı torpağı, işçi qüvvəsinin ucuzluğudur. Qısası, Qarabağın bərəkətli torpaqlarında qaz vurub qazan doldurmağa gəlir.

Amma bunun üçün Azərbaycandan icazə alıbmı? Axı, o torpaqlar bizimdir və 10 noyabr imzalanan 3 tərəfli bəyanata görə, yalnız sovet hakimiyyəti illərində Qarabağda yaşayan ermənilər və onların övladları bu ərazilərdə məskunlaşa bilərlər.

Suriyadan hansısa bir erməninin Qarabağa gəlməsi, əvvəla, 3 tərəfli sazişə ziddir.

İkincisi, bu adamın Araikin fərmanı ilə qondarma “respublika”nın “prezidenti”nin müşaviri təyin olunması Azərbaycanın suverenlik hüquqlarının tapdalanması deməkdir.

Bəs, Azərbaycan XİN niyə susur? Niyə rəsmi Bakı Qarabağda erməniləri məskunlaşdırma işinə baxan Moskvadan “sülhməramlı” özbaşınalıqları yığışdırmağı tələb etmir?
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.