Elşad Abdullayev İNTERPOL-un axtarışından çıxarılıb?

12-03-2021, 03:08           
Elşad Abdullayev İNTERPOL-un axtarışından çıxarılıb?
2007-ci ildə Azərbaycan Beynəlxalq Univeristetinin (Hazırda fəaliyyəti dayandırılıb) rektoru, barəsində Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi ilə başlanmış cinayət işinə baxmayaraq Azərbaycandan qaçaraq Fransa dövlətində gizlənən 15.09.1954-cü il təvəllüdlü Elşad Abdullayev baxmayaraq ki, Fransa Respublikasının paytaxtı Paris şəəhrində yaşayır, Azərbaycan Respublikası tərəfindən İNTERPOL vasitəsi ilə beynəlxalq axtarışı dayandırılıb.


Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Elşad Abdullayevin axtarışın rəsmi bakı MDB-yi çərçivəsində axtarışa verib.Yəni sabiq rektor MDB-nə daxil olan ölkələrdən hər hansı birinə daxil olarsa,o zaman həbs edilərək Azərbaycana veriləcək.
Müxbirimizlə söhbətində Rusiya federasiyasında yaşayan və Elşad Abdullayev tərəfindən zərərə məruz qaldığını deyən Fuad Rzayev adlı hənvətənmiz bildirib ki, o Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə bununla bağlı davamlı etdiyi müraciətlərdən sonra,Konsulluq səviyəsində ona cavan göndərilib. Azərbaycan Konsulluğunun nümayəndəsi T.Sadıqovun imazası ilə göndərilən cavan məktubunda qeyd edilir ki, Azərbaycan dövləti Elşad Abdullayevi İNTERPOL vasitəsi ilə axtarışın dayandırıb və o hazırda MDB-nin ərazisində axtarışdadır.


Redaksiya olaraq qeyd edək ki, Elşad Abdullayevin İTERPOL vasitəsi ilə axtarışda olub-olmadığını öyrənmək üçün 04.03.2011-ci il tarixdə Vətəninfo.az İA-nin adından Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığımız məktubumuza hər hansı bir cavab verilməyib.//Vətəninfo.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.