ABŞ illərdir göz yumub: Almaniya Rusiyadan silah alırmış...

29-03-2021, 07:31           
ABŞ illərdir göz yumub:
Türkiyənin Rusiyadan S-400 satın alması ABŞ, Fransa, Almaniya kimi ölkələr tərəfindən sərt qarşılanarkən Almaniya donanmasına aid sualtı qayıqların Rusiyadan alınmış naviqasiya cihazları ilə təchiz olunduğu üzə çıxıb.

Teref.az Avropa.info-ya istinadla xəbər verir ki, belə sensasion məlumatla Almaniyanın həftəlik "Bild am Sonntag" qəzeti çıxış edib.

Qəzetin manşetdən verdiyi xəbərə görə, Almaniya donanması Baltik dənizindəki sualtı qayıqlarda Rusiya istehsalı olan radar və naviqasiyalardan istifadə edir. Məqalədə Rusiya istehsalı olan bu cihazların hərbi təhlükəsizlik standartına uyğun olmadığı bildirilib.

Alman qəzetinin yazdığına görə, Rusiyadan naviqasiya və radar sistemləri hazırkı Şröyderin kanslerliyi dövründə alınıb.

Qəzetə danışan adının çəkilməsini istəməyən Almaniya donanmasının bir hərbçisi, "əlbəttə, topladığımız məlumatların oğurlanmasından narahatıq, məsələn, xarici kəşfiyyat ələ keçirə bilər", - deyib.

"Bild am Sonntag" qəzeti 2020-ci ilin yayında bir raport hazırlandığını və həmin raportda Almaniya donanmasının naviqasiya sisteminin xarici ölkələrin casusluq və sabotajına açıq olduğunun bildirildiyini qeyd edib.

"Həmin raportda ehtimal olunan bir haker hücumu ilə birlikdə naviqasiya məlumatlarının xarici ölkələrin əlinə keçəcəyi, ən pis halda isə gəminin işləyə bilməyəcək bir hala gələcəyi bildirilib", - deyə alman qəzeti yazıb.

Qeyd edək ki, ABŞ NATO müttəfiqi Türkiyəyə havadan müdafiə sistemi satmadığı üçün Ankara Rusiyadan S-400 sistemləri aldı. Bu səbəbdən də ABŞ, Fransa, Almaniya kimi ölkələr Türkiyəyə iqtisadi təzyiqlər edirlər. Lakin indi məlum olur ki, NATO üzvü olan Almaniya onillərdir özü Rusiyadan silah alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.