DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı – RƏSMİ AÇIQLAMA

29-03-2021, 22:32           
DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı – RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə vətəndaşlarla polis arasında yaşanan gərginliyin əks olunduğu görüntülərlə bağlı araşdırma aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır.

Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi VAZ-21011 markalı avtomobilə “saxla” əmri verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb. Yanında olan azyaşlı övladına ucadan qışqırmağı və yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru