"Oğurluq və talançılıq faktlarını yayan Cəmil Məmmədli,.."- Jurnalistlər həmkarlarının məhkəməsinə etiraz edirlər

5-04-2021, 07:24           
"Oğurluq və talançılıq faktlarını yayan Cəmil Məmmədli,.."-
"Bəs odeey... ayında duruf tez-tez gülən kimdi, hardan gəlif?", - sualına " Cemil Memmedli dir, şimal ordusunun komandiridir" cavabını verdim. Növbəti sualın verilməsinə imkan vermədim. Dəyərli dostumu kəndlimə olduğu kimi təqdim elədim. Necə ki indi sizə danışacam:
Araşdırmaçı jurnalist Cəmil Məmmədli Vətən müharibəsi başlayanda cəbhəyə ilk gələnlərdən oldu. Qorxmadı... aktiv döyüşlər gedən yerdə oturdu. Telefonunun susduğu an olmurdu. Həyacanla xoş xəbər alma üçün ayaq üstə qalan Xaçmaz, Quba, Qusar, Şabran - hamı ona zəng edib vəziyyəti öyrənirdi. Adam sanki savaşın şimal müjdəçisi təyin edilmişdi. Xalqın ona necə inandığının şahidi oldum. Onun missiyası bununla bitmirdi. Mən Cəmilə əbəs yerə şimal ordusunun komandiri demədim. Bayaq yuxarıda sadaladığım rayonlardan Ağdam, Tərtər, Goranboy cəbhəsinə yardım gətirən hər kəs Cəmilin istiqamətləndirməsi ilə hərəkət edirdi. Doğru , zəruri olan əşyaların ehtiyac olduğu istiqamətə aparılması onun göstərişi ilə olurdu. Bəli, Cəmil Məmmədli arxa cəbhə üçün şimal ordusunun komandiri idi. O, bu yolda ölədə bilərdi. Yeri gəlmişkən: Şimal - Xaçmaz , Quba, Qusar və s. az şəhid vermədi. Onlardan biri də Cəmil ola bilərdi. Qismət... Qədər...
Yuxarıda onun cəmi 44 günün sadaladım. Vətən üçün elədiklərinin cüzi hissəsini işıqlandırdım. Buradan Cəmili məhkəmə qarşısına çıxaran icra başçısına səslənirəm:
"Cənab" , Cəmil Məmmədli isbata ehtiyacı olmayan teoremdir. Ona nəyisə əlavə etmək absud, yolverilməzdir. Həbsə yollasan da, döydürsən də, təhqir etdirsən də, şərləsən də ONUN təmiz vicdanından zərrə qopara bilməyəcəksən. Çünki , yoldaş Məmmədli araşdırmaçı olaraq nəyinki yazılarında , heç sosial şəbəkə statuslarında belə dəlilsiz heç nə demir. Onun dediyinin əksini sübut edən olmayıb. Yoldaş başçı, siz isə onun tənqidlərindən ibrət götürmək əvəzinə , onu məhkəmə qarşısına çıxarırsınız. Bu açıq şəkildə gülünc obyektinə çevrilmənizə səbəb olur. Az sifarişli məhkəmə görməmişəm... Sizin kimi başçı sifarişi ilə işləsin və sonda sizi qalıb edən hakimə ənan edəsiniz...
Oğurluq və talançılıq faktlarını yayan Cəmil Məmmədli, oğrular və yalançılar tərəfindən ədalət qarşısına çıxarılması delfinin meşədə yaşaması qədər maraqlı, traktorun yumurta yeməsi qədər komikdir. Çünki Cəmil ədalətin özüdür. Təbliğ edəndir, qoruyanıdır. Lap elə o Femidanın pərsəngidir... O pərsəng ki, oynayan natarazlığı səhmana salır.
Ümid edirəm ki, jurnalistikanın cəsur döyüşçüsü olan Cəmilin başına açılan oyuna biganə qalanlar olmayacaq. Dəyərli qələm və kamera əhli, bu susqunluq bizi eyni halla üzüzə qalmağa sürütləyir. Bu gün hər kəs Cəmil Məmmədli olmalıdır. Ki... sabah bu Dövləti talayan xayinlərə ayaq altı olmayaq.
Paylaşın, cənablar! Rica edirəm , paylaşın...
Elgün Gəncimsoy












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.