Ərdoğandan Qarabağla bağlı Paşinyanla görüşəcək Putinə SƏRT MESAJ: Hər an ordumla birgə...

5-04-2021, 09:40           
Ərdoğandan Qarabağla bağlı Paşinyanla görüşəcək Putinə SƏRT MESAJ:
Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

Bu tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək (7 apreldə - red.) və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir.

Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə “əzələ nümayişi” göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla “ordumla Əliyevin yanındayam”, Əliyev də “mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm” mesajını verir.(Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru