Rusiyaya oxşayan Azərbaycan səfiri... FOTO

28-04-2021, 16:45           
Rusiyaya oxşayan Azərbaycan səfiri...  FOTO
...Polad Bülbülıç, Azərbaycandan xaricə dövlət əmlakı olan qiymətsiz on iki əsər çıxarıb və ya bu haqda məlumatlı adamdır...
Polad Bülbülıç, Keşikçidağdan itən tarixi ikonalar haqda da məlumatlıdır...
Polad Bülbilıç, pandemiya dönəmində Rusiyadan şikayət edən azərbaycanlılara, Rusiyadan danışmayın, utanın, rusun çörəyini yeyirsiniz deyən azərbaycanlıdır...
Rusiya nə edir etsin, Polad Bülbülıç, onların hamısına göz yuman, dil açmayan adamdır...
Bu günəcən, onun milli ruha bağlı bir siyasi addımını və ya jestini görən olmayıb...
Üstəlik, Bülbülıç, Azərbaycanın biznesmen diplomat siyahısında öndə gedənlərdəndir...
Kimsə söz deyə bilməz, Bülbülıç tər-təmiz intiligentdir. Rusiya elitasında qəbul olunan adamdır.
Bir sözlə, adam, doplomatiyadan başqa hər şeylə məşğuldur.
Polad Bülbülıç həm də siyasi bağışlanması hamıdan çox olan məmurdur...
Ona görə artıq Bülbülün oğludur və bizim Poladdır limitlərini də bitirmiş hesab etmək olar...
Bu ad onu hələ nazir olanda həbsdən xilas eləmişdi. Indiki tuthatutda bu xatırlatmanın da yeri var deyə düşünürəm.
Ən yaxşı halda o indi ya Azərbaycanda, ya da elə Rusiyada yaşamalı, bacarsa lobbiçilik etməli, mədəniyyət sahəsində pristijli təbliğatçılardan biri kimi istifadə olunmalı idi. Hətta bunu özü də təklif edə bilərdi.
Çünki adam diplomat deyil, adam siyasətçi də deyil, adam sadəcə mədəniyyət xadimidir, vəssalam. Səhvləri sonsuz bir mədəniyyət xadimi. Özü də azı geri çağırılan səfirlər qədər zərər verib Azərbaycana.
Rusiya kimi bir dövlətdə, özü də bu dönəmdə, səfir olan azərbaycanlı, təkcə diplomat yox, həm də milli şərəfə, ləyatəqə, əqidəyə, kişiliyə, mənliyə sahib biri olmalıdır. Diringəlik keçərli deyil bu ölkə ilə özü də bu günlərdə.
Və bir də son dərəcə maraqlıdır. Azərbaycanın aidiyyatı qurumları maraqlanırmı ki, ölkənin Rusiyadakı səfiriliyində niyə azərbaycanlılara pasport verilməsi işində niyə problem yaranıb və bu sənədlər kimlərin gəlir mənbəyidir?
...Hə, bu arada Azərbaycan vətənaşlığından imtina eləmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə, Kreml arasında o qədər də böyük yol məsafəsi yoxdur.
Lütfən ayıq olaq, Azərbaycandan ağıllı beyinlər mərhələ ilə köçür, son təbəqə mücadilə aparır sadəcə var olması üçün. Indi təsəvvür edin ki, birdən birə minlərlə adam ailəsi ilə birgə başqa ölkə vətəndaşlığı almağa qərar verdiyini bəyan edər. Ya da sənədə qanunsuz pul ödəməyə imkanı olmadığı üçün dönər gələr ölkəyə. Sizi bilmirəm, amma mən, hər iki situasiyadan yarana biləcək xaosu görürəm.
Odur ki, səfir P.Bülbüloğu ya duruma əl qoymalı, ya da səfir kimi fəaliyyətdən çəkilməlidir. Çünki bir şəxs dövlətlərarası münasibətin mənfiyə doğru dərinləşməsinə xidmət edirsə, o kimin nəi olur olsun, dövlət maraqlarının önündədir. Yoldan təmizlənməsi icab edər...
Çünki bu gün Azərbaycanın Rusiyadakı sərifliyinin azərbaycanlılara davranışı ilə Rusiyanın Azərbaycana davranışı arasında heç bir fərq yoxdur. Və məhz qeyd olunan müəmmalı pasport oyunu üzündən yüzlərlə Rusiya bazarında çalışan azərbaycanlı, öz səfirliyinin qarşısında aciz duruma salınıb. Üstəlik Rusiya rəsmiləri tərəfindən alçaldılır. Təbii ki, Qarabağ diplomatik masada olduğu üçün. Təbii ki, Rusiya Azərbaycandan istədiyini qopara bilmədiyi üçün. Bunu biriləri Bülbülün sevimli balasına başa salsın, lütfən...
....Hə, bir də bunu yazım. Mən onun ifasını sevirəm. Bəlkə elə bu yazını o sevgi yazdırdı...
Jalə Mütəllimova
28.04.2021.
P.S Teref.az olaraq qeyd etmək istəyirik ki, Rusiyadan Peterburqdakı soydaşlarımızın Azərbaycan konsulluğunda məlum qərərdan sonra növbədə necə durmaları ilə bağlı fotoları göndəriblər. Onların yazdığına görə Rusiyanın hər myerindəı soydaşlarımız bu vəziyyətdədirlər.
Piterdə Azərbaycan konsulluğu
2021 il aprelin 26-ı













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.