Rüstəm Behrudinin doğum günüdür - Türk dünyasının sevilən şairi

12-09-2021, 12:29           
Rüstəm Behrudinin doğum günüdür -
Bu gün Türk dünyasının böyük sevgiylə qarşıladığı şair-publisist, fərqli poetik düşüncə adamı, milli azadlıq hərəkatının fəallarından olan Rüstəm Behrudinin doğum günüdür.

Redaktor.az xəbər verir ki, 64 yaşını qeyd edən Rüstəm Behrudinin “Salam, dar ağacı” və digər poetik əsərləri milli-mənəvi düşüncələr baxımından rəğbətlə qarşılanıb. Onun kitabları həm Azərbaycanda, həm Türkiyədə işıq üzü görüb. Əsərləri rus, ingilis, fransız, çex, türk, polyak, özbək, qazax, qırğız və başqa dillərə çevrilib.

Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir.

Ötən əsrin 80-ci illərindən başlayaraq ədəbiyyata olan böyük sevgisini şeirə çevirməyi bacaran Rüstəm Behrudinin bütöv yaradıcılığını bir cümlə ilə xarakterizə edə bilərik: Türk-Azərbaycan milli etnik sivilizasiyaının poetik salnaməçisi, qızğın tərənnümçüsü, keçmişdəki dəyərləri gələcəyə ötürəni.

Qeyd edək ki, bir müddət öncə Rüstəm Behrudinin "Mükəmməl yalan" adlı yeni kitabı işıq üzü görüb. Sözügedən kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı ictimai-siyasi məsələlərə münasibətini əks etdirən məqalələri və fərqli fəlsəfi düşüncələrini açıqlayan məktubları daxil edilib.

Türk dünyanısının sevilən şairi Rüstəm Behrudini doğum günü münasibəti ilə təbrik edirik!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.