Azərbaycan polisi Gorus-Qafan yolunda İrandan Qarabağa gedən yük maşınları yoxlamağa başladı

13-09-2021, 07:25           
Azərbaycan polisi Gorus-Qafan yolunda İrandan Qarabağa gedən yük maşınları yoxlamağa başladı
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, Gorus-Qafan yolunun Azərbaycan hissəsində qurulan postdan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin yoxlamağa başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan polisi bu gün saat 12:00-dan başlayaraq İrandan gələn yük maşınlarını yoxlayır.

Buna səbəb İrandan gələn yük maşınlarının Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir.

Xatırlaqdaq ki, yalnız 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşını qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumatlar yayılıb. Məlumatı təsdiqləyən foto və videolardan da mövcuddur.

Artıq Azərbaycan MN artıq dünən Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.