Mahir Quliyevin vəziyyəti daha da ağırlaşdı

1-10-2021, 12:13           
Mahir Quliyevin vəziyyəti daha da ağırlaşdı
Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.
Bakupost.az bildirir ki, bu barədə Qaynarinfo-ya onun vəkili Leyla Məmmədova məlumat verib.
Vəkilin sözlərinə görə, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti biraz da ağırlaşıb. Ağzından, burnundan nəfəs ala bilmədiyi üçün IVL aparatına qoşulub.
Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru