Azad Rəhimovun oğlunun yüz milyonları hardan əldə edilib? - VİDEO

2-10-2021, 09:22           
Azad Rəhimovun oğlunun yüz milyonları hardan əldə edilib? - VİDEO
Bloger Mehman Hüseynov növbəti araşdırmasında mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun korrupsiya əməllərini ifşa edib.

Araşdırmada hər il Bakı sakinlərinin əsəblərini tarıma çəkən "Formula-1” yarışlarından nazir oğlunun qamarladığı vəsaitlərin xaricə çıxarılması əksini tapıb: "Bakıda keçirilən "FORMULA-1" idman yarışlarında könüllü işləyən gənclərin hamısını bura işarələyin! Nazir oğlu onları pulsuz işlədib özü isə Monakoda milyonlarla qiyməti olan yaxta-gəmilər alıb...

Mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov xalqı necə aldadır? “Formula-1” prezdenti Arif Rəhimovun milyonlarla dəyəri olan yaxta-gəmilərini tapmışıq.

Niyə bu yarışlar vaxtı xalq əziyyət çəkməlidir amma hansısa məmur balası buna görə milyonlar qazanır? Yadınızda olar Azərbaycanlı könüllü gənclər bütün günü günəşin altında pulsuz parasız, durub işləyirdilər bax həmin vaxtlar nazir oğlu Arif Rəhimov Monakoda 10 milyon manat xərcləyib özünə 2 super-yaxta almışdır. "

Mehman Hüseynov Arif Rəhimovun xalqın pulu ilə Fransada özünə 2 bahalı yaxta aldığını sübut edə bilib. İndi söz əlaqədar təşkilatlarınındı: "Nazir oğlunun milyonluq yaxtalardan əlavə olaraq bahalı maşınları da var. Bu yaxtalar, maşınlar bizim, Azərbaycan xalqın pulları ilə alınıb".

Araşdırmanı təqdim edirik:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Müəllif bloger Mehman Hüseynov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.