Nazir: “Azərbaycan və Aİ arasında sazişin gələn il yekunlaşdırılması mümkün olacaq”

27-12-2021, 12:28           
Nazir: “Azərbaycan və Aİ arasında sazişin gələn il yekunlaşdırılması mümkün olacaq”
Avropa İttifaqı (Aİ) ilə post münaqişə dövründə münasibətlərə gəlincə, biz Aİ-nin regiona marağının artdığını görürük.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Bu il bu sazişlə bağlı fikir ayrılıqları minimuma endirilib. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, – nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru